Honduras prezidenti koronavirusa yoluxub


Honduras prezidenti Xuan Orlando Ernandes və onun həyat yoldaşı Ana Qarsiyadan koronavirusa yoluxub.  
Yeniavaz.com “Kommersant” qəzetinə istinadən xəbər verir ki, bu barədə prezident Xuan Orlando Ernandes özü məlumat yayıb. O, 16 iyun tarixində milli televiziyadakı açıqlamasında belə deyib: "Ölkə başçısı və məsuliyyətli bir vətəndaş kimi sizə bildirmək istəyirəm ki, həftə sonu özümü pis hiss etməyə başladım və bu gün mənə COVID-19 diaqnozu qoyuldu".
Prezident, səlahiyyətlərini özünütəcrid qaydalarına riayət etməklə davam etdirəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top