ABŞ-da qocalar evində koronavirusdan ölənlərin sayı 50 mini keçdi


ABŞ-da yeni növ koronavirus (COVID-19) səbəbilə ölənlərin 40 faizi qocalar evinin payına düşüb.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ABŞ-da COVID-19 virusundan ölənlərin 50 mindən çoxu qocalar evinin sakinləri olub. Bu isə ümumi ölkə ərazisində 116 min ölüm halının 40 faizi deməkdir. Belə ki, məlumata görə, yaşlılar evində 250 mindən çox qocada virus aşkarlanıb. Məlumatı “Wall Street Journal” qəzeti yayıb.

DİGƏR XƏBƏRLƏR

Top