"İnsanların Bakıdan rayona getməsinə imkan yaratmaq lazımdır" - Baş infeksionist


“Bir qisim insanlar var ki, bu dəqiqə işi yoxdur, məzuniyyətdədir, ailəsi ilə birlikdə rayona getmək istəyir. Mən hesab edirəm ki, bu insanlara imkan yaratmaq lazımdır rayonlara getsinlər”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Respublikanın Baş infeksionisti Cəlal İsayev “Real TV”nin qonağı olarkən deyib. O bildirib ki, bu üsul Bakı əhalisinin sıxlığının azalmasına səbəb olar:
"Bunun mexanizmini işləyib hazırlamaq lazımdır. Bu, müəyyən qədər Bakı əhalisinin sıxlığının azalmasına səbəb olar. COVID-19 aşkarlanmayan insanlar getsinlər 1 ay müddətində rayonda yaşasınlar, hansı ki o insanların orada şəraitləri və evləri var. Bu Bakı əhalisinin seyrəlməsinə səbəb olar. Mən hesab edirəm ki, bu haqda fikirləşməyə dəyər".

DİGƏR XƏBƏRLƏR

Top