Qazaxıstan parlamentinin spikeri koronavirusa yoluxub


Qazaxıstan Parlamentinin sədri Nurlan Niqmatulin koronavirusa yoluxub.
Yeniavaz.comKommersant” qəzetinə istinadən xəbər verir ki, məlumat parlamentin mətbuat xidməti tərəfindən yayılıb. Məlumatda bildirilir ki, spiker koronavirus testindən keçirilib:
“Onda xəstəliyin əlamətləri görülməsə də, nəticələri müsbət çıxıb. Nurlan Niqmatulin özünü təcrid edərək, işini distans şəkildə icra edir”.  
Qeyd edək ki, Qazaxıstanda 15,2 min koronavirusa yoluxmuş şəxs qeydə alınıb. 80-dən çox insan dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top