Azərbaycanda koronavirus testlərinin kütləvi neqativ çıxması iddiaları ilə bağlı TƏBİB-dən AÇIQLAMA


Xəbər verdiyimiz kimi, həkim-radioloq Qeyrət Nəsirov sosial şəbəkədə koronavirus testlərin kütləvi neqativ çıxması ilə bağlı paylaşım etmişdi. Həkim etdiyi paylaşımda analizi mənfi çıxan xəstələrin daha sonradan vəziyyətinin ağırlaşdığını, öskürək, yüksək temperatur, təngnəfəslik kimi problemlərin baş qaldırdığını və yoxlanışa gələndə ağciyərlərin artıq darmadağın olduğunu qeyd etmişdi.
Testlərin kütləvi şəkildə neqativ çıxması ilə bağlı Yeniavaz.com-a açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirdi ki, test nəticəsi mənfi çıxan, lakin vəziyyətlərində ağırlaşma olan xəstələr tərəfimizdən “triaj” (çeşidləmə) xəstəxanalarına yerləşdirilir:
“Ramin Bayramlı da müsahibəsində bildirib ki, bu tip xəstələrdə yuxarı tənəffüs yollarından götürülən nümunələrdə neqativ çıxan, lakin digər müayinələrdə COVID-19 pozitiv kimi dəyərləndirilən xəstələr var. Onlar da xəstəxanalarda müalicə alırlar”.
TƏBİB-in sözçüsü eyni zamanda ölkədəki testlərin Almaniyadan gətirildiyini qeyd etdi.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top