AzTV-nin mətbuat katibi işdən çıxdı


"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov işdən çıxıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə M.Aslanov sosial şəbəkədə məlumat verib.
“Dostlar, mən artıq AzTV-dən ayrılmışam. Bu qədər. Qaldı ki, elin də, zamanın da gözü tərəzidir”,-deyə o, bildirib.
Qeyd edək ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi 2019-cu il martın 1-dən fəaliyyət göstərir. M.Aslanov da həmin vaxtdan şöbə müdiri təyin olunmuşdu.
M.Aslanov əvvəllər "Azadinform", APA və "Report" agentliklərində fəaliyyət göstərib. 

DİGƏR XƏBƏRLƏR

Top