Avropanın bu ökəsində maska taxmaq məcburi olmayacaq


Avstriya hökuməti koronavirusa qarşı apardığı mübarizədən sonra sərtləşdirilmiş qaydalarını tədricən yumşaltmağa başlayıb.
Yeniavaz.comCNN Türk”ə istinadən xəbər verir ki, sözügedən ölkədə qərar ötən gündən artıq tətbiq edilib və insanlar maska taxmağa məcbur edilməyəcək. Maskaların yalnız insanların sıx olduğu ümumi nəqliyyat vasitələrində, səhiyyə mərkəzlərində və apteklərdə taxılması məcburi hesab ediləcək.
Avstriya Səhiyyə Nazirliyinin koronavirusla bağlı paylaşdığı son rəqəmlərə görə bugünə qədər 527 min 670 nəfər koronavirus testinden keçib. Ümumilikdə virusa yoluxan 17 min 39 nəfərdən, 16 min 66 nəfəri sağalıb. 79 nəfər hal-hazırda müalicə alır, 15 nəfərin isə vəziyyəti hələ də ağır qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top