Rəşad Mahmudov: "Yanlız Bəhram Bağırzadə yox, bütün xəstələr üçün bu diqqət göstərilir" - VİDEO


Həkim Rəşad Mahmudov ARB TV-də yayımlanan "Elgizlə izlə" verilişində  Əməkdar artist Bəhram Bağırzadənin səhhətindən danışıb.
Yeniavaz.com xəbər verir ki, həkim Bəhram Bağırzadənin labarator analizlərdə müsbət dəyişikliklərin olduğunu qeyd edib:
"Bəhram Bağırzadə 48 saatdan çoxdur ki, ECMO aparatı vasitəsilə həyatı uğrunda mübarizə aparır. Hazırda gedən gedişatda mənfi bir hal yoxdur. Labarator analizlərdə az da olsa, kiçik müsbət dəyişikliklər var. Bu, bizim həkimlərimizin Bəhramla birlikdə uğur qazanmağımızın yoludur. Dünya tibbinin reallıqlarını nəzərə alsaq, bu cür zədələnmiş ağciyərin müalicəsinin qısa müddətdə müsbət cavab alması mümkünsüzdür. Buna görə də hal-hazırda tibbi cəhətdən bizim işimiz digər orqanların qorunması və ağciyəri əvvəlki halına qaytarmaqdır. Eyni zamanda ECMO aparatı vasitəsilə mübarizəni davam etdirməsinə nail olmaqdır”.
Həkim Rəşad Mahmudov bu mübarizənin uzun müddət davam edəcəyini və indiki vəziyyətdə ağciyər transplantasiyasının mümkün olmadığını bildirdi: “Təkcə bizdə yox, dünyada bu cür xəstələrə ağciyər transplantasiya edilməsindən söz gedə bilməz. Yalnız xüsusi vəziyyətlər halında mümkündür. Müalicənin gedişatında hər hansı bir çatışmazlıqlar yoxdur, bütün dərmanlar, tibb sahəsində lazım olan ən yüksək avadanlıqlar əlimizin altında var. Yanlız Bəhram Bağırzadə yox, bütün xəstələr üçün bu diqqət göstərilir. Ümid edirik ki, Bəhram Bağırzadə və digər xəstələrin müalicəsi üçün ortaya qoyulan əməyin nəticəsi olar. Bu mövzuya həssas yanaşılmasını tələb edirik və rəsmi qurumların verdiyi məlumatlardan əlavə bir xəbər yaymamaqları xahiş olunur".


İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top