Agentlik: Son bir saatda üç yol nəqliyyat hadisəsi qeydə alınıb


Bir qədər əvvəl A.Salamzadə küçəsində (Ziya Bünyadov pr. istiqaməti) və A.Bakıxanov küçəsi C.Məmmədquluzadə ilə kəsişmədə yol nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, qəza ilə əlaqədar olaraq hər iki ünvanda sıxlıq müşahidə olunur.
Məlumata görə son bir saatda Agentlik tərəfindən üç yol nəqliyyat hadisəsi qeydə alınıb. Hər bir hadisə tıxacların yaranmasına, insanların mənzil başına gec çatmasına səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top