155 Azərbaycan vətəndaşı Dağıstandan Vətənə yola salındı


Bu gün daha 155 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib.
Yeniavaz.com
Rusiya KİV-ə istinadən xəbər verir ki, 155 nəfər avtobuslarla Dağıstandan Azərbaycana təxliyə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qrafik üzrə bu gün 150 nəfərdən artıq Azərbaycan vətəndaşının ölkəyə keçməsinin təmin olunacacağını bildirmişdi.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən sərhədlərin bağlanılması nəticəsində Azərbaycan vətəndaşları Rusiya ilə sərhəddə qalıb.

DİGƏR XƏBƏRLƏR

Top