Nazirlər Kabinetinə yeni səlahiyyət verildi


Nazirlər Kabinetinə yeni səlahiyyət verilib.
Yeniavaz.com
-un məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün imzalanan “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Fərmanda əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində kimyəvi silah aşkar edildikdə, həmin silah Konvensiyada nəzərdə tutulmuş hallarda və həmin Konvensiyaya uyğun olaraq Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydada məhv ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top