Cabir İmanov: “Bəhram sağdır”


“Əziz izləyicilər! Çoxsaylı zəngləri nəzərə alıb yazıram Bəhram sağdır"
Yeniavaz.com
xəbər verir ki, bu sözləri özünün feyzbuk sosial şəbəkəsində Əməkdar artist Cabir İmanov yazıb.
Aktyor insanları Əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı bir çox KİV-də yayılan xəbərlərə inanmamağa çağırıb: “Əziz izləyicilər! Çoxsaylı zəngləri nəzərə alıb yazıram. Bəhram sağdır. Heç bir “sayt”, “informasiya agentlikləri”, “məlumatçı bloqerlər”, operator “həkimlər”ə inanmayın. Çalışacam hər gün Bəhram haqqında məlumat verim. Onun ölüm xəbərini yayan, haqqında klip çəkən və klinikadan başqa adamın videosunu çəkən “adamlara” fikir verməyin. Təşəkkürlər!”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

DİGƏR XƏBƏRLƏR

Top