
Bakı şəhəri Binəqədi rayonu, Binəqədi kəndi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5 ünvanının sakinləri həftələrdir suyun verilməməsindən şikayətçidirlər.
Bu barədə Yeniavaz.com-a müraciət sakinlər dəfələrlə müraciət etmələrinə baxmayaraq heç bir tədbir görülmədiyini bildiriblər: “Bizim ünvanımıza həftələrdir ki, su gəlmir. Problemlə bağlı dəfələrlə su idarəsinə, 955 saylı qaynar xəttə müraciət etmişik. Çox saylı müraciətlərimizə baxmayaraq heç bir tədbir görülmür. Burada yaşayan sakinlərin arasında körpə və ağır yataq xəstələri var. Pandemiya dövründə şəxsi gigiyenanın qorunmasına ən çox ehtiyac duyulan bir vaxtda suyun həftələrlə verilməməsi nə dərəcədə doğrudur? Biz özümüzü virusdan necə qoruyaq?”.
Şikayətçilər həm qaynar xəttin, həm də su idarəsinin müraciətlərinə məhəl qoymadıqlarını, cavab olaraq isə “şikayət etmək sizin hüququnuzdur, edə bilərsiniz”, sözlərini dediklərini iddia ediblər.
İlahə Hüseynova
Tətbiqimizi yükləyə bilərsiniz