"Oskar"ın təqdim olunması 39 ildən sonra yenidən təxirə salındı


COVID-19 virusunun sürətlə artması bu il "Oskar"ın təqdim edilməsinə mane olub. 

Yeniavaz.com xəbər verir ki, 28 fevral 2021-ci il tarixində keçirilməsi nəzərdə tutulan festivalın təxirə salınması məsələsi, hər il mərasimi təşkil edən Film Sənətləri və Elmləri Akademiyası tərəfindən açıqlanıb. Akademiya tərəfindən verilən açıqlamada deyilib ki, tarixin uzadılmasının məqsədi rejissorların filmlərini tamamlayaraq təqdim etməsini təmin etmək idi. "Oskar" nominasiyası üçün ilin sonuna kimi qoyulmuş müraciət tarixi, gələn ilin 28 fevralına kimi uzadılıb.
Qeyd edək ki, mükafatlandırma mərasimi sonuncu dəfə 39 il (1981) əvvəl 24 saatlıq təxirə salınmışdı. Səbəb isə Amerikanın o vaxtkı prezidenti Ronald Reyqana qarşı sui-qəsd hazırlanması olub.
Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top