
Son 2 ayda Azərbaycanda minik avtomobili istehsal olunmayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin yanvar ayında Azərbaycanda 192 ədəd, fevral ayında 288 ədəd, mart ayında isə 192 ədəd minik avtomobili istehsal olunub.
Aprel və may aylarında minik avtomobili istehsal olunmasa da, aprel ayında 3 ədəd, may ayında isə 151 ədəd minik avtomobili satılıb.
İyun ayının 1-nə olan sonuncu məlumata görə, ölkədə satılmayan 67 ədəd minik avtomobili qalıb.
Tətbiqimizi yükləyə bilərsiniz