Qırğızıstan hökuməti istefa verdi

Qırğızıstan prezidenti Sooronbay Cenbekov, baş nazir Məhəmmədqaliy Əbilqazıyevin istefasını qəbul edib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, prezidentin mətbuat xidməti qərarnamənin imzalandığına dair məlumat yayıb. Yeni hökumət seçilənə qədər onun səlahiyyətlərini mövcud kabinet icra edəcək.
Digər tərəfdən, koalisiya hökumətini yaradan partiya liderləri, yeni baş nazir vəzifəsinə namizədin müəyyənləşdirilməsi üçün yenidən toplaşacaqlar.
Qeyd edək ki, 2 il əvvəl bu vəzifəyə təyin olunan Əbilqaziyevin adı korrupsiya iddihamlarına qarışıb. Ona qarşı yönələn iddiaya əsasən "Radio tezlik diapazonunun genişləndirilməsi və yenilənməsi işi" çərçivəsində dövlətə ziyan vurduğu deyilir. Əbilqazıyev isə ona qarşı yönləndirilən iddihamları rədd edib.

DİGƏR XƏBƏRLƏR

Top