Həftəsonu rayonlara üz tutanlar Bakıya qayıdırlar: “Böyük tıxac” – VİDEO + FOTOLAR


Ötən həftənin şənbə günü sərt karantin rejimini Bakıda keçirmək istəməyənlərin rayonlara üz tutması ilə bağlı xəbər vermiş və buna görə yaranmış tıxacın görüntülərini təqdim etmişdik.
Yeniavaz.com
xəbər verir ki, bu gün eyni mənzərə əks istiqamətdə yaranıb. Belə ki, ötən həftənin şənbə günü sərt karantin rejiminin tətbiq olunmadığı rayonlara üz tutan şəxslər bu gün səhər saatların Bakıya qayıtmaq üçün yola çıxıb və nəticədə Bakı-Quba yolunda böyük tıxac yaranıb.
Həmin görüntüləri təqdim edirik:




Qeyd edək ki, ötən şənbə rayonlara üz tutanların bir qismi polis postlarından yayınmaq üçün torpa yollardan istifadə etmiş, daha sonra isə Daxili İşlər Nazirliyi həmin şəxslər haqqında tədbir görüldüyünü açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top