İsrail Trampın adını əbədiləşdirəcək


İsrail Qolan təpəliklərində Ramat-Tramp adlı yaşayış məntəqəsi salmaq niyyətindədir.

Yeniavaz.com "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Binyamin Netanyahu parlamentin açılış iclasında deyib.

Məntəqə ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılacaq, Netanyahu qeyd edib.

Xatırladaq ki, 2019-cu ilin aprelində Amerika lideri Donald Tramp əvvəllər Suriyaya məxsus olan Qolan təpəlikləri üzərində İsrailin suverenitetini tanıyan deklarasiya imzalamışdı.

DİGƏR XƏBƏRLƏR

Top