Bu gün nə qədər test edilib? - STATİSTİKA


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 14-nə olan statistik göstəriciləri açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, bu gün 6087 test edilib, ümumilikdə ölkədə 381 846 test aparılıb.

Hazırda ölkədə 4255 nəfər aktiv koronavirus xəstəsi var, 136 nəfər reanimasiyada, 28 nəfər isə süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 387 nəfər koronavirusa yoluxub, 274 nəfər sağalıb, 4 nəfər isə vəfat edib. 

DİGƏR XƏBƏRLƏR

Top