Ceyranbatan su anbarının yaxınlığında yanğın söndürülüb - YENİLƏNİB

Ceyranbatan su anbarının yaxınlığında yanğın söndürülüb.
Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın FHN-nin qüvvələri tərəfindən saat 17:13-də söndürülüb.

***      15:04

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb.

Yeniavaz.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri aparılır.

DİGƏR XƏBƏRLƏR

Top