Ağstafada bıçaqlanma: 1 nəfər öldü


Ağstafa rayonunda qətl hadisəsi törədilib. Yeniavaz.com report-a istinadən xəbər verir ki, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Heydanov Tural Misir oğlu ilə 1977-ci il təvəllüdlü Şəmilov Hürriyyət Qavrel oğlu arasında dava olub. Dava zamanı tərəflər bir-birlərinə bıçaq xəsarətləri yetiriblər. Nəticədə H.Şəmilov ölüb, T.Heydanovun saxlanıldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Cinayətin başvermə səbəbləri isə hələ ki, məlum deyil.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top