Bəhram Bağırzadə koronavirusa görə xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA


Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Əməkdar artist Bəhram Bağırzadə açıqlama verərək hərarətinin olduğunu və koronavirus testindən keçdiyini bildirmişdi. Bu gün sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. 
Əməkdar artistin səhhəti ilə bağlı məlumat almaq üçün müalicə aldığı bildirilən Mərkəzi Gömrük Hospitalı ilə əlaqə saxladıq.
Hospitaldan Yeniavaz.com-a bildirdilər ki, Bəhram Bağırzadənin səhhətilə bağlı məlumatı yalnız onun birinci dərəcədən yaxın qohumlarına verə bilərlər.
Qeyd edək ki, Bəhram Bağırzadənin istifadə etdiyi mobil telefona zəng çatmır.
 

DİGƏR XƏBƏRLƏR

Top