"Yaxşılıq xəstəlikdən daha yoluxucudur" kampaniyasından sonra şəhərdə “su borcu” olan qalmadı …


Türkiyənin paytaxtı Ankara şəhərinin  bələdiyyə başçısı Mənsur Yavaşın "Yaxşılıq xəstəlikdən daha yoluxucudur" şüarı ilə başlatdığı kampaniya ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanıb.
Yeniavaz.com xəbər verir ki, bələdiyyə başçısının çağırışına qoşulan şəxslər Ankarada “su borcu” olan paytaxt sakinlərinin borclarını ödəyiblər. Bundan başqa Mənsur Yavaşın "Su ver", "Bilet ver", "Əl ver" və "İftar ver" şüarları ilə başlatdığı kampaniyalara ümumilikdə 28 milyon 399 min 523 lirə (4 milyon 176 min 400 dollar) dəstək verilib.
Ankarada  epidemiya səbəbindən “su pulu”nu ödəməkdə çətinlik çəkən  147 min 324 abunəçinin əvəzinə  ödəniş edilib.
“Su borcu” olan və bu səbəbdən də  məhkəməyə verilən  4 min 602 abunəçiyə məxsus borclar da Mənsur Yavaşın başlatdığı kampaniya dəstək verən xeyriyyəçilər tərəfindən tamamilə silinib.
Kampaniyay dəstək verən vətəndaşlar ümumilikdə 7 milyon 780 min 283 lirə (1 milyon 145 min dollar) “su borcu”nu ödəyiblər.
 
 

DİGƏR XƏBƏRLƏR

Top