Bakının Yasamal rayonunda yaşayış binalarından birinin sakinləri "Niva" markalı avtomobilin üzərinə zibil atıblar.
Bildirilir ki, buna səbəb kimi həmin avtomobilin düzgün yerdən saxlanılmamasıdır. Belə ki, “Niva” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini zibil konteynerlərinin yanında park edib.
Buna etiraz edən şəxslər isə məişət tullantılarını maşının üzərinə atıblar. Həmin fotolar sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, bir həftə əvvəl də Bakının Yasamal rayonunda yerləşən yaşayış binalarından birinin sakinləri pəncərələrdən bina sakinini saxlayaraq polis bölməsinə aparmaq istəyən polislərin və onlara məxsus ""Mercedes Galenvagen" avtomobilinin üzərinə zibil atıblar.