Braziliya koronavirusdan ölənlərin sayına görə, dünyada ikinci sıraya yüksəldi


Braziliyada yeni növ koronavirusdan ölənlərin sayı artıb.
Yeniavaz.com "worldometers"ə istinadla xəbər verir ki, Braziliyada son 24 saatda 843 nəfərin yeni növ koronavirusdan dünyasını dəyişməsi ilə ölənlərin 41 min 901-ə çatıb. Nəticədə Braziliya COVİD-19-dan ölənlərin sayına görə  dünyada ikinici sırada yer alıb.
Qeyd edək ki, dünyada koronavirusdan ən çox ölüm halının qeydə alındığı ölkə ABŞ-dır. Həmin ölkədə 116 min 831 nəfər COVİD-19 səbəbilə dünyasını dəyişib, 2 milyon 117 min 27 nəfər isə həmin xəstəliyə yoluxub. Dünyada isə yeni növ koronavirusdan ölənlərin sayı 428 min 362-yə çatıb. Yoluxanlar isə 7 milyon 742 min 69 nəfərdir.

DİGƏR XƏBƏRLƏR

Top