Polisin səhvən öldürdüyü futbolçu son qolunu tabutuyla vurdu - VİDEO


Meksikada polis tərəfindən öldürülən 16 yaşlı futbolçu Aleksandr Qomezin dəfn mərasimində maraqlı hadisə yaşanıb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, yeniyetmə futbolçu üçün təşkil edilmiş mərasimdə dostları onun tabutu ilə qol vurublar. Bu qoldan sonra onlar yeniyetmənin tabutunun üstünə qapanıblar. Bununla da onu, atdığı sonuncu qola görə təbrik ediblər.

Qeyd edək ki, 16 yaşlı futbolçu 9 iyunda Meksikanın Oaxaka əyalətinin Akatlan şəhərində polis tərəfindən güllələnib. Sonradan onun səhvən güllələndiyi ortaya çıxıb. Meyidin müayinəsindən sonra Qomezin başından nişan alınaraq öldürüldüyü bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top