ABŞ-da bir il əvvəl Corc Floyd hadisəsinin bənzəri yaşandığı ortaya çıxdı - VİDEO


ABŞ polisinin daha bir qaradərilini nəfəssiz qoyaraq öldürdüyü məlum olub.
Yeniavaz.com
"CNN Türk"ə istinadla xəbər verir ki, ABŞ-ın Oklahama ştatında, 2019-cu ilin may ayında polisin başqa bir qaradərilini Corc Floydun qətlə yetirdiyi metodla öldürdüyü ortaya çıxıb. Belə ki, polis Derik Skot adlı şübhəlini saxlayır və yerə yıxıb nəfəssiz qalacaq şəkildə saxlamağa başlayır. Qaradərili dəfələrlə "nəfəs ala bilmirəm" deyə qışqırsa da polis ona əhəmiyyət verməyib. Yeni yayımlanan videoda Derikin bir müddət sonra huşunu itirdiyi və təcili yardımın müdaxiləsi ilə çətinliklə ayıldılması görülür. Ancaq, ağır zədələr alan Derikin həyatını xilas etmək mümkün olmayıb. Hər iki qaradərilinin öldürülməzdən bir neçə dəqiqə əvvəl "mama" (ana) deyərək qışqırması isə diqqət çəkib.
Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top