Ölkədə böhran var, bizim hamımız günahkarıq - Paşinyan


Ermənistan Baş Naziri Nikol Paşinyan ölkədə koronavirus infeksiyası barədə dezinformasiyaların mənbələrinin müəyyənləşdirilməsi üçün hüquq-mühafizə orqanlarına işçi qrup yaratmağı tapşırıb.

Məlumata əsasən, qrup xarici kəşfiyyat orqanlarının koronavirusla bağlı feyk məlumatlara aidliyinin olmasını müyyənləşdirməli və respublikada öz maraqları və ya kriminal maraqlara görə bu cür məlumatların maliyyələşməsini həyata keçirə biləcək dairələrin olub-olmamasını araşdırmalıdır.

Yeniavaz.com "Sputnik"ə istinadən xəbər verir ki, Paşinyan bir sıra adamların Ermənistanda hökumətə inam böhranı yaratmaq istədiklərini vurğulayıb.

Ermənistan Baş Naziri eyni zamanda koronavirusla bağlı ölkədə böhranın olduğunu da bildirib: "Bunda bizim hamımız günahkarıq. Mən biz deyəndə, həm hökuməti, həm də xalqı nəzərdə tuturam. Bizim hamımız epidemiya əleyhinə qaydalara riayət etməmişik. Mənim özüm də günahkaram, bunu koronavirusa yoluxmağım sübut edir".

DİGƏR XƏBƏRLƏR

Top