Koronavirus testlərinin cavabı nə qədər vaxta çıxır? - TƏBİB-dən AÇIQLAMA


“Testin nəticəsi 1 günə çıxır. Amma test sayı çox olduğuna görə burada ləngimələr ola bilər”.

Yeniavaz.com apa-ya istinadla xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.
V. Əliyev deyib ki, test laboratoriyaya təqdim ediləndə məlum olma müddəti 6 saatdır: “Bir məqamı da deyim. Sərt karantin rejiminin tətbiqi ilə bağlı nəticələr 12 gündən sonra məlum ola bilər. Onu da deyim ki, əgər yoluxma sayları artarsa, karantin rejimi də uzadıla bilər”.
 

DİGƏR XƏBƏRLƏR

Top