Sərt karantin rejimi Lənkəranın kəndlərinə də aiddirmi? - RƏSMİ CAVAB


“Sərt karantin rejimi Lənkəran şəhərinin yalnız özündə tətbiq ediləcək. Amma Lənkəran rayonunun digər kəndlərində sərt karantin rejimi tətbiq olunmayacaq”.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Bununla yanaşı İsmayıllı, Yevlax, Salyan və Kürdəmir rayonlarının bütün ərazilərində sərt karantin rejimi tətbiq olunduğuna görə bu qadağa həmin rayonların kəndlərini də əhatə edəcək”, - o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top