Hindistanda koronavirusa yoluxanların sayı artdı


Hindistanda son 24 saat  ərzində 396 nəfər yeni növ koronavirus səbəbilə dünyasını dəyişib, 10 min 956 nəfərə isə həmin xəstəliyə yoluxub.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Hindistanın Səhiyyə Nazirliyi tərəfindən verilib. Ölkədə bu günə kimi qeydə alınmış ümumi yoluxma sayı 297 min 535, ölü sayı isə 8 min 498 nəfər olub. Qeyd edək ki, Hindistan dünyada yoluxma faktına görə 4-cü sıradadır.

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində qeydə alınan yeni növ koronavirus, sonradan epidemiyaya çevrilərək 200-dən çox ölkəyə yayılıb. Hazırda dünya üzrə ölüm faktı 400 mindən, yoluxma sayı isə 7,5 milyondan çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top