
Bu ilin yanvar-may aylarında ölkədə 27 milyard 479,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7% az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Yeniavaz.com açqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2%, qeyri neft-qaz sektorunda isə 2,1% azalıb.
Məlumat üçün bildirək ki, bu ilin yanvar-aprel aylarında iqtisadiyyatın qeyri neft-qaz sektorunda 0,8% azalma olmuşdu. Bundan əvvəl isə iqtisadiyyatın qeyri neft-qaz sektorunda sonuncu dəfə 2016-cı ildə azalma qeydə alınıb. 2016-cı ildən sonra qeyri neft-qaz sektorunda ÜDM istehsalı heç vaxt azalmayıb.
Onu da bildirək ki, koronavirus səbəbindən mart ayının 26-dan etibarən ölkə ərazisində məhdudiyyətlər tətbiq olunur. Bu səbəbdən də aprel ayı ərzində bir-sıra sahələrdə müəssisələrin fəaliyyətinə qadğalar qoyulub.