Ceyranbatanda yenidən yanğın başladı


Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində təqribən 2 ha ərazidə yanğın olması ilə əlaqədar Fövəqladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasını və Mülki müdafiə qoşunlarının şəxsi heyətini cəlb etməklə yanğına qarşı təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir. 

Yeniavaz.com xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Hal-hazıradək yanğın nəzarətə götürülüb və yayılmasının qarşısı alınıb. Yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, iyunun 11-də də Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında baş vermişdi. Yanğının söndürülməsi üçün FHN-nin canlı qüvvəsi və 17 ədəd texnikası, Aviasiya dəstəsinin 3 ədəd helikopteri, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti cəlb olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top