Azərbaycana ABŞ-dan koronavirusla mübarizə üçün avadanlıqlar gətirildi - FOTO

Koronavirus infeksiyası ilə mübarizə çərçivəsində (COVID-19) ABŞ-dan Azərbaycana lazımi avadanlıqlar gətirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin “Facebook” səhifəsində məlumat verilib. Bildirilib ki, avadanlıqlar AQTA-ya təhvil verilib:

“COVlD-19 virusu ilə mübarizə səylərini dəstəkləmək üçün ABŞ Avropa Komandanlığı və USAID lazımi avadanlıqları Qida Təhlükəsizliyi İnstitutuna təhvil verdi”.

DİGƏR XƏBƏRLƏR

Top