Azərbaycanda virtual "Son zəng" başlayıb - VİDEO


Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda ilk dəfə virtual şəkildə "Son zəng" tədbiri başlayıb. 

Yeniavaz.com xəbər verir ki, 2019-2020-ci tədris ilinin məzunları üçün son zəng ötən illərdən fərqli olaraq Təhsil naziri Ceyhun Bayramov tərəfindən çalınıb. 

Sonra bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunub. 

Daha sonra 3 ay ərzində teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.

Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin 11-ci siniflərini 80 646 şagird bitirəcək.

DİGƏR XƏBƏRLƏR

Top