Dünyanın ən bahalı şirkətləri məlum olub


Hərracların nəticəsinə görə “Apple” və “Microsoft” dünyada ən bahalı şirkət elan edilib. Bu o deməkdir ki, hər bir şirkətin kapitallaşdırma dəyəri 1,5 trilyon dolları ötüb. Bu, şirkətlər üçün rekord göstəricidir.

Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, şirkətin bazar kapitallaşdırma dəyəri tədavülə buraxılmış bütün səhmlərin qiymətinin toplanması yolu ilə hesablanır. “Apple” şirkətində bir səhmin qiyməti 352,84 dollar, “Microsoft”da isə 196,84 dollar təşkil edib.

Texnologiya şirkətlərinin səhmlərinin qiyməti koronavirus pandemiyası vaxtı sürətlə yüksəlir. Məsələ ondadır ki, investorlar indi bu şirkətlərin səhmlərini ən təhlükəsiz hesab edirlər.

DİGƏR XƏBƏRLƏR

Top