Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO

Azərbaycanda daha bir həkim koronavirus vəfat edib.

Bu barədə endokrinoloq Yeganə Muradova sosial media hesabında məlumat verib.

1970-ci il təvəllüdlü Gəncədə çalışan travmatoloq Mehman Hüseynov bir müddət Bakıda xüsusi xəstəxanada müalicə alıb. 

Y.Muradova paylaşımında qeyd edib:

“Virusa inanmıram deyənlər, biz bu gün tələbə yoldaşımızı, kolleqamızı itirdik. Son ana qədər inanırdıq ki, o, sağalacaq. Allah rəhmət eləsin. Allah ailəsinə səbr versin”.

DİGƏR XƏBƏRLƏR

Top