Televiziya aparıcısı canlı efirdə qəfil yerə yıxıldı - HƏMİN ANLAR - VİDEO


İsveçin TV4 telekanalının aparıcısı Yenni Strömstedt canlı efirdə video görüntü ilə müsahibə alarkən həmsöhbətinin çıxışı vaxtı anidən yerə yıxılıb. 
Yeniavaz.com
xəbər verir ki, onun canlı yayımdakı müsahibi baş prokuror Krister Petersson olub.
Hadisə baş verdikdən sonra proqramda reklam fasiləsi verilib.
Xəstəxanaya yerləşdirilən xanım aparıcının vəziyyətinin yaxşı olduğu deyilib.
Sosial şəbəkə hesabında açıqlama verən Strömstedt niyə huşunu itirdiyini dərk etmədiyini bildirib: “Yuxumu yaxşı alıram, qidalanmama da fikir verirəm. Bəzən həyat tərzi rahat olan insanların da təzyiqi aşağı olurmuş”.

Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top