AZAL rəsmisindən Bakı-Naxçıvan reysi ilə bağlı AÇIQLAMA


“Bakı-Naxçıvan və ya Naxçıvan-Bakı istiqamətində bilet alındıqdan sonra TƏBİB-in xüsusi laboratoriyasında sərnişin barədə məlumat çıxacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev pandemiya dövründə AZAL-ın itkisi barədə məlumat verərkən deyib.  O bildirib ki, bundan sonra AZAL-ın baza sistemi TƏBİB-in bazası ilə əməkdaşlıq edəcək: “Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətinə bilet alan Azərbaycan vətəndaşları dövlət hesabına COVID-19 testindən keçəcək. Bu testlər 48 saat müddətinə qüvvədə qalacaq. Onu da xatırladım ki, reyslər başlamazdan 72 saat qabaq bilet satışı dayandırılacaq”.

DİGƏR XƏBƏRLƏR

Top