"Bəzi dövlətlər koronavirus pasportu tələb edəcəklərini qeyd ediblər".
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov brifinq zamanı deyib.
Onun sözlərinə görə, digər ölkələr müəyyən tələblər irəli sürüblər: “Biz onların üzərində işləyirik. Bəzi dövlətlər deyir ki, sərnişinlər səfər zamanı karantinə alınacaq. Amma karantin xərclərinin kimin üzərində olacağı ilə bağlı dəqiq qərar yoxdur. Bəzi dövlətlər var ki, onlar koronavirus pasportu tələb edəcəklərini bildiriblər, amma bu pasportun necə olacağı hələ bəlli deyil”.