
Bu ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 736 manat 20 qəpik olub.
Yeniavaz.com-un açqılanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki dövrlə - yanvar-may ayları ilə müqayisədə orta aylıq nominal əməkhaqqı 8 manat 30 qəpik və ya 1,1% azalıb.
Məlumat üçün qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 744 manat 50 qəpik olub.
Məlumat üçün bildirək ki, koronavirus səbəbindən mart ayının 26-dan etibarən ölkə ərazisində məhdudiyyətlər tətbiq olunur. Bu səbəbdən də aprel ayı ərzində bir-sıra sahələrdə insanların işləməsinə qadğalar qoyulub.