Ceyranbatan su anbarı yaxınlığındakı yanğın söndürülüb - YENİLƏNİB


Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən saat 16:49-da söndürülüb.

Yeniavaz.com Nazirliyin saytına istinadən xəbər verir ki, yanğının söndürülməsi əməliyyatına Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və 17 ədəd texnikası, Aviasiya dəstəsinin 3 ədəd helikopteri, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti cəlb olunub.
Əlavə məlumat veriləcək.

***14:16
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

FHN-dən Yeniavaz.com-a verilən məlumata görə, yanğının söndürülməsi üçün dərhal əraziyə Nazirliyin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.
Hazırda nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədirlər.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.

***12:17
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında yanğınsöndürmə işləri davam etdirilir.

FHN-dən Yeniavaz.com-a verilən məlumata görə, yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. 

***11:55 
Ceyranbatanda kol-kos yanır.
Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.
Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top