AMEA-nın 10 mindən artıq əməkdaşı var

AMEA-nın elmi müəssisə, idarə və təşkilatlarında çalışan əməkdaşların ümumi sayı 10036 nəfərdir. 

Bunu AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov AMEA-nın onlayn Ümumi yığıncağında bildirib

Elmi işçilərin ümumi sayı 4700, o cümlədən 581 nəfəri elmlər doktoru, 1925 nəfəri fəlsəfə doktorudur. Bildirilib ki, AMEA-nın tərkbi 168 üzvdən (67 həqiqi üzv, 101 müxbir üzv) ibarətdir. AMEA-nın doktoranturasına fəlsəfə doktoru hazırlığı proqramı üzrə 100 nəfər, elmlər doktoru hazırlığı üzrə 31 nəfər (12 əyani, 19 qiyabi), AMEA-nın dissertanturasına fəlsəfə doktoru hazırlığı üzrə 68, elmlər doktoru hazırlığı üzrə 107 nəfər qəbul olub.//APA

DİGƏR XƏBƏRLƏR

Top