"Milli Məclisə seçilmisiniz ya təyin olunmusunuz?" sualına Erkin Qədirlinin cavabı – VİDEO


Milli Məclisin deputatı Erkin Qədirli “LAF TV”də jurnalist Ləman Ələşrəfqızının qonağı olub və bu zaman maraqlı dialoq yaşanıb.
Yeniavaz.com
xəbər verir ki, E.Qədirli L. Ələşrəfqızının “Millət vəkili, deputat dediyimiz o vəzifəyə sözün əsl mənasında seçildinizmi, təyin olundunuzmu?” sualına belə cavab verib:
“Bu baxış bucağından asılıdır. Çoxlarına görə təyin olundum. Mən deyirəm ki, buraxıldım. Çünki aldığım real səslər var, düzdü az səsdir. Mən cəmi 2 məntəqədə 100-dən artıq səs yığmışam”.
Xatırladaq ki, bu gün E. Qədirli canlı yayım zamanı L. Ələşrəfqızı ilə hazırkı gündəmi müzakirə edib.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top