
Çinlilər panqolindən xalq təbabətində istifadəni dayandırır.
Yeniavaz.com MSN-ə istinadla xəbər verir ki, Çin hökuməti nəsli tükənməkdə olan panqolinlərlə bağlı yeni qərar qəbul edib. Qərara görə, panqolin ətindən və pulcuqlarından xalq təbabəti sahəsində istifadə dayandırılır. Hökumət bununla məməlinin nəslinin tükənməsinin qarşısını almağı hədəfləyir.
Qeyd edək ki, elm təsdiqləməsə də Çinin xalq təbabətində panqolinlərdən müxtəlif xəstəliklərin sağaldılmasında istifadə edilir. Məməlinin əti və pulcuqları bazarda yüksək qiymətə satılır.
Məlumat üçün deyək ki, bəzi tibb işçiləri panqolinlərin koronavirusu yayan heyvanlardan biri olduğunu demişdələr. Aparılan araşdırmaların nəticələrinə görə, panqolinlərdən alınan virusun tərkibi 99 faiz koronavirusa bənzəyir.