Kadırovdan növbəti qeyri-adi addım


Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov korovirusla mübarizə günlərində evlənmək istəyən cütlüklərə dəstək olmaq məqsədilə 207 gəlinin "başlıq pulu"nu verəcəyini deyib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu məlumatı Çeçenistan Müsəlmanları Ruhani İdarəsi yayıb. İdarə tərəfindən bildirilib ki, maliyyələşdirilmə məsələsi Kadırovun atasının xatirəsinə yaradılmış Əhməd-Hacı Kadırov vəqfi vasitəsilə həyata keçiriləcək. Hazırda Çeçenistanda "başlıq pulu" 50-60 min rubl arasında dəyişir. Hər bəy namizədə "başlıq pulu" kimi 50 min rubl (1240 AZN) pul veriləcəyi qeyd edilib.
Dünyanın bir çox yerlərində olduğu kimi Çeçenistanda da koronavirus epidemiyasına görə bütün nikah mərasimləri dayandırılmışdı. Qadağa 25 maydan etibarən götürülüb. Sosial məsafə qaydalarına əməl etmək şərtilə gəlini aparmaq üçün sadəcə iki maşının gəlməsinə izin verilir.
Qeyd edək ki, Çeçenistanda indiyə qədər 1365 nəfər koronavirusa yoluxub və onların əksəriyyətinin sağaldığı deyilir. 15 nəfər isə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top