Çörək haqqında BİLMƏDİKLƏRİNİZ - Hər gün evə açıq şəkildə girən təhlükə


İnsan həyatında çörək qidalanmada mühüm yer tutur. Demək olar ki, yeməklərin əksəriyyəti çörəklə istehlak olunur. Lakin çörəyin insan sağlamlığına olan faydaları alimlər tərəfindən müzakirə olunmaqdadır. Hətta dietoloqların fikrincə sağlam həyat tərzinin vacib şərtlərindən biri də çörəyi qida rasionundan çıxartmaqdır.
Yeniavaz.com
çörəyin zərərlərin təqdim edir:
Zərərlərinə keçməzdən əvvəl ilk öncə qeyd edək ki, çörəyin iki faydası var. Sinir sistemi və qan şəkərini tarazlaşdırır. Ancaq burada istehlak edilən çörəyin keyfiyyəti və istehlak miqdarı çox vacibdir. Mağazalarda kəpəkli çörək, ağ çörək, mayalı və mayasız çörək kimi bir çox çörək növləri var. İstehlak ediləcək çörəyin miqdarı insanın yaşından, çəkisindən və növündən asılı olaraq fərqlənə bilər. Əsasən, bütöv dənli buğdadan hazırlanan, çovdar və kəpəkli çörək daha faydalıdır.  Gün ərzində çörək nizamsız olaraq istehlak edilərsə və keyfiyyətsiz çörəyə üstünlük verilərsə, faydadan çox bədən üçün zərərli ola bilər. Çörəyin kalori dəyəri yüksək olduğundan kökəlməyə səbəb olur. Bundan başqa, araşdırmaçılar və mütəxəssislər ağ çörəyin keyfiyyətsiz olduğunu və heç bir qida dəyəri olmadığı qənaətindədirlər. Keyfiyyətsiz çörək yalnız mədəni doyuran, aclığı yatıran, bədəndə qan şəkərini artıran bir qidadır. Bu diabet riskini və qanda insulin səviyyəsini artırır. Eyni zamanda bağırsağın funksiyasını pozur, xərçəngin yaranma riskini artırır, stressə və depresiyaya səbəb ola bilir.
Bütöv dənli buğdadan hazırlanan çörəklərə deyil də, ağ çörəyə üstünlük verənlər gələcəkdə diabet, ürək-damar və təzyiq xəstəliklərinə meylli olurlar. Bütün bu xəstəliklərin yaranmasına səbəb isə çörəyin tərkibində olan qlütendir. Qlüten toxumlu bitkilərdə rast gəinən yapışqanlı zülaldır. Müasir gen mühəndisliyi nəticəsində kəşf olunmuş GMO buğdada 40 dəfə artıq qlüten var. Qlüten bağırsaqların daxili divarında olan sovurucu tükcükləri doldurur, yapışdırır, onların üzərini yapşqan qatı kimi örtür. Nəticədə qida yaxşı həzm olunmur, pastaya çevrilir və nazik bağırsağın divarını zədələyir.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top