
Müğənni Nigar Camal görüntülərindən icazəsiz istifadə edərək məhsullarını reklam edən şirkət barədə “instagram” vasitəsilə məlumat yayıb.
Yeniavaz.com xəbər verir ki, o sözügedən şirkət barədə hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib:
“Bir neçə gündür sosial şəbəkələrdə mənim videomdan istifadə edərək qumar oyunu reklam olunur. Dələduzluqla məşğul olan bu application sahibləri insanları aldadaraq onların pullarını mənimsəyir. Hər kəsi diqqətli olmağa, belə oyunlara aldanmamağa çağırıram. Sözügedən reklamın mənimlə heç bir əlaqəsi yoxdur. İcazəsiz formada görüntülərimdən öz piarlarını aparmaq üçün istifadə ediblər. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Reklamı yerləşdirən şirkət cəzalandırılacaq. Bütün media orqanlarından bunu işıqlandırmasını xahiş edirəm. Hər kəsə təşəkkürlər”.
Tətbiqimizi yükləyə bilərsiniz