
Bakının Yasamal rayonu ərazisindəki yaşayış binasında polisə zibil atılması hadisəsindən sonra sözügedən binanın komendantı ilə sakinləri arasında yaşananların görüntüləri yayılıb.
Yeniavaz.com xəbər verir ki, görüntüləri prodüser Tarix Əliyev “İnstagram” hesabında yayımlayıb. Kadrlarda bir qrup polis əməkdaşının həyətə baxış keçirdiyi və binanın komendatının da onlara kömək etdiyi müşahidə olunur. Bu zaman komendat qadın uca səslə hadisənin kameralar tərəfindən qeydə alındığını bildirir ki, bu da bina sakinlərinin qəzəbinə səbəb olur.
Sözügedən görüntüləri təqdim edirik:
İlahə Hüseynova