Türkiyədə bu qadağalar qaldırılır


Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin növbəti iclası keçirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan iclasdan sonra əhaliyə müraciət edib.

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı dünyadakı böhran, Türkiyənin virusla mübarizədə əldə etdiyi uğurlardan danışan dövlət başçısı diqqətə çatdırıb ki, heç bir ölkə bu infeksiya problemindən təkbaşına yaxa qurtara bilməz. Sosial məsafə, təmizlik və qoruyucu maskadan istifadə tələblərinə əməl edilməsinin vacibliyini bildirən Prezident Rəcəb Tayyib Ərdoğan pandemiyaya görə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı normallaşma prosesinə dair hökumətin yeni qərarlarını diqqətə çatdırıb.

Məlumat verilib ki, 65 yaş və ondan yuxarı həddə olan vətəndaşlar bundan sonra saat 10.00-dan 20.00-dək evdən çıxa bilərlər. On səkkiz yaşdan aşağı həddə olanlar üçün məhdudiyyətlər tam olaraq aradan qaldırılıb. İyulun 1-dən etibarən toy mərasimi salonları, 15 gün sonra isə nikah yerləri fəaliyyətə başlaya biləcək. Kafe və restoranlar saat 00:00-dək çalışacaq. Kino-teatrlar iyulun 1-dən tamaşaçıları qəbul edəcək.

COVID-19-un beynəlxalq ticarət münasibətlərində yaratdığı problemlərdən bəhs edən Prezident Rəcəb Tayyib Ərdoğan, pandemiya dövründə Türkiyədə həyata keçirilən sosial layihələr, ölkə iqtisadiyyatının qorunması istiqamətində görülən tədbirlər, beynəlxalq münasibətlərdəki vəziyyət, regional proseslərə aid siyasətin uğurlu nəticələri, hökumətin humanizm qərarları, terrorizmə qarşı mübarizə və s. məsələlər barədə də ictimaiyyətə geniş məlumat verib.//Azərtac

DİGƏR XƏBƏRLƏR

Top